Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Dövlət başçısı İlham Əliyev Ümummilli Liderin anadan olmasının 100 illik yubileyi ilə bağlı müraciətini Əziz Şuşadan etdi

0

  •       Azərbaycanın
    görkəmli siyasi və dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər
    Əliyevin doğum günüdür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da
    Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub. Bu gün Azərbaycan
    Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Bildiyiniz kimi,
    2023-cü ili Cənab Prezidentimizin  Sərəncamı ilə “Heydər Əliyev İli” elan
    olunmuşdur. Azərbaycan öz böyük oğlunun xatirəsinə böyük hörmətlə yanaşır. Ulu
    Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək
    idi. Onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının
    arzusunu çin etdik. Ölkə başçımız Ulu Öndərimizin əziz xatirəsini uca tutaraq
    onun doğum gününü Bakıda deyil, Şuşa şəhərində təbrik etdi.

     Cənab Prezident müraciətində vurğuladı ki, il başlayandan Ulu Öndərin həyatı, fəaliyyəti ilə bağlı bir çox tədbirlər keçirilir, müzakirələr aparılır. Eyni zamanda, hesab edirik ki, biz bu yubiley
    tədbirlərindən gələcəyə baxışı daha da dəqiqləşdirmək üçün istifadə etməliyik.
    Qarabağ və Şərqi Zəngəzur dirçəlir, yollar, körpülər, tunellər, elektrik
    stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları,
    məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri
    çəkilir. Bütün bu quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları
    dayanır. Heydər Əliyev bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət
    etmişdir. Sovet Azərbaycanı dövründə - 1969-82-ci illərdə Azərbaycanı ən geridə
    qalmış yerlərdən ən qabaqcıl yerlərə gətirib çıxarmışdır. Müstəqil Azərbaycanın
    sənaye və iqtisadi potensialı məhz o illərdə formalaşmışdır. Məhz o illərdə
    yetişmiş kadrlar müstəqil Azərbaycanda və bu gün də fəaliyyət göstərərək bizim
    ümumi inkişafımızı təmin etdirir. Müzəffər Ali Baş Komandan çıxışında vurğuladı ki, Heydər Əliyevin gücü, müdrikliyi, ümumiyyətlə,
    Heydər Əliyev amili Azərbaycanı bir çətir kimi qoruyurdu. Ulu Öndər hər zaman
    Azərbaycanın maraqları ilə yaşayırdı, ürəyi Azərbaycanla bir döyünürdü. Ona
    qarşı Azərbaycanda ovaxtkı rəhbərlik tərəfindən çirkin kampaniya aparılırdı,
    sovet mətbuatında da çirkin kampaniya aparılırdı, ancaq Azərbaycan xalqının
    qəlbində o, daim böyük lider kimi yaşayırdı.   

    Bu gün Ulu
    Öndər Heydər Əliyevin ruhu şaddır.

    Eşq olsun
    Cənab Prezidentimizə! Yaşasın müstəqil Azərbaycan!

    Aydın Əliyev,

    Xocalı rayon ziyalısı

     
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib55 dəfə
    Dövlət başçısı İlham Əliyev Ümummilli Liderin anadan olmasının 100 illik yubileyi ilə bağlı müraciətini Əziz Şuşadan etdi

    Maraqlı gələ bilər
    72
    68
    70
    80
    40
    70
    108
    64